Ana səhifə

 

    Xəbərlər

 

    E-kataloq

 

   E-kitablar

 

    Tədbirlər

 

    Filiallar

 


Unutmayın

 Xocavənd -08.02.1992
 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Kəlbəcər - 06.04.1993
 Ağdərə - 17.06.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 18.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 25.10.1993

 

WWMmmmm Новая страница 2

                        əlumatÜÜ

                                   Ümumi məlumat

   Mingəçevirdə ilk kitabxana 1956-cı ildə yaradılmışdır.Kitabxana fəaliyyətə kiçik bir otaqda 4229 nüsxə kitabla başlamışdır. Onun oxucuları Mingəçevir şəhərinin ilk qurucuları, SES-in tikintisində çalışan fəhlə və mühəndislər olmuşlar. Şəhər böyüdükcə kitabxananın fəaliyyəti genişlənmiş, oxucuların sayı artmağa başlamışdır. 1978-ci ildə şəhər kitabxanaları mərkəzləşdirilərək Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. Mərkəzləşdirilmiş Kitabxana Sisteminə M.P.Vaqif adına Mərkəzi şəhər Kitabxanası, X.B.Natəvan adına Mərkəzi Uşaq Kitabxanası və 11 filial-kitabxana daxildir. M.P.Vaqif adına Mərkəzi Kitabxanada 4 şöbə fəaliyyət göstərir:

 

1) Xidmət şöbəsi

2) Komplektləşdirmə və kitabişləmə şöbəsi

3) Metodika-biblioqrafiya şöbəsi:

4) Kitabxanalararası Abonement şöbəsi

 

      2005-ci ildə ABŞ Səfirliyinin Maliyyə dəstəyi ilə Mərkəzi Kitabxanada Regional Kitabxana Məlumat Mərkəzi açılmışdır. Mərkəzdə lokal şəbəkəyə qoşulmuş 5 kompüter fəaliyyət göstərir.

 

    Mərkəzi Kitabxana Sisteminin Respublika daxili əlaqələri:

1.     M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.

2.   C.Cabbarlı adına Respublika  Gənclər Kitabxanası.

  3.   F. Köçərli adına Respublika Uşaq Kitabxanası.

 

      MKS 1982 – ci ildən III qrupda fəaliyyət göstərir.

 

     MKS “Mədəniyyət haqqında”, “Kitabxana işi haqqında” Qanunları, Respublika Prezidentinin Kitabxana işi ilə bağlı bütün sərəncamlarını, digər direktiv sənədləri rəhbər tutaraq fəaliyyət göstərir.

    

    MKS-nin M.P.Vaqif adına Mərkəzi Kitabxanada 4 şöbə fəaliyyət göstərir:

  1.Xidmət şöbəsi.

   a) Abonoment

   b) Oxu zalı

   c) Səyyar

   з) Fonoteka bölməsi

   Xidmət şöbəsinə yeni gələn oxucuya kitabxanadan istifadə qaydaları, kitabxanaya yazılma, kitabdan istifadə, saxlanılma, qaytarılma müddəti və.s. məlumat verilir. Oxucuya anket açılэr və kitabxananın üzvü sayılır.

   Xidmət şöbəsi yaşından asılı olmayaraq müxtəlif oxucu koteqoriyalarına  bütün nəşr növləri ilə xidmət göstərir.

2.Komplektləşdirmə və kitabişləmə  şöbəsi.

      Şöbə kitabxanaya yeni daxil olmuş ədəbiyyatı və dövri mətbuatı mütəmadi olaraq operativ şəkildə işləyir və struktur bölmələrə çatdırır. Silinən ədəbiyyatın fonddan çıxarılması əməliyyatını yerinə yetirir.

3.Metodika-biblioqrafiya şöbəsi.

    Şöbə Mərkəzi Kitabxana və filiallarda aparılan uçot-hasabat işlərinə, keçirilən mədəni-kütləvi tədbirlərə metodiki kömək göstərir.

4. Kitabxanalararası abonement şöbəsi.

     Şöbə filiallarda olan artıq nüsxələrin başqa filialın fondlara verilməsini və MKS daxilində ehtiyac olan ədəbiyyatın bir fonddan başqa fonda mübadilə yolu ilə verilməsini təmin edir.

 

    

 

           İş vaxtı:  Saat: 09 00-dan  18 00-dək  

          Nahar fasiləsi :  Saat: 13 00-dan 14 00-dək

         İstirahət günü: Bazar günü

 

 

         Email:   mingechevir@cls.az    

         Ünvan: N.Rəfibəyli 11

         Telefon:  4 - 47-35, 4 - 90-64 

 

  Новая страница 2

Mingəçevir şəhər İcra Hakimiyyəti

 

Turizm Kolleci

Politexnik Institutu

   Elektron kitabxana

 

 

 
 
Turizm Potensialı
Iqtisadiyyat
Memarlıq abidələri

Новая страница 2

Design By Disput.biz Studio